İsrailə təyin olunan ilk səfirimiz kimdir? - Dosye

saytların hazırlanması

Evə çatdırılma

İsrailə təyin olunan ilk səfirimiz kimdir? - Dosye

Siyasət

30 Dekabr 2022 00:28 3237


Xəbər verdiyimiz kimi, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin edilib.

Yenisabah.az xəbər verir ki, Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Dördpendirli pizza

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib.

Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb.

Səfir Elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib.

Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!