İsrailli nazir çimərlikdə hücuma məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

İsrailli nazir çimərlikdə hücuma məruz qaldı

Dünya

06 Sentyabr 2024 20:39 443


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb. Dominos pizza

Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.

Qadını Təl-Əvivin mərkəzindəki bölməyə aparan polis əməkdaşları məsuliyyətə cəlb etmək niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!