“Instagram“dan YENİLİK: Profiliniz artıq əvvəlki kimi olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Instagram“dan YENİLİK: Profiliniz artıq əvvəlki kimi olmayacaq

Rəqəmsal

10 İyun 2026 12:35 245


"Instagram" istifadəçilərə profil səhifəsindəki paylaşımların yerləşmə qaydasını dəyişmək imkanı verən yeni funksiyanı təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, profil səhifəsindəki paylaşım düzülüşü sərbəst şəkildə dəyişməyə imkan yaradan yeni funksiya istifadəyə verilib.

Yeniliyə əsasən, istifadəçilər profil səhifəsində yerləşən foto və videoların sırasını artıq paylaşım tarixinə bağlı olmadan dəyişə biləcəklər. Bu dəyişikliklə profil səhifəsinin ümumi görünüşü daha sərbəst şəkildə tərtib edilə biləcək. Dominos pizza

Əvvəllər yalnız paylaşımları profilə sabitləmək mümkün idi. Yeni funksiya isə istifadəçilərə daha geniş imkanlar yaradaraq profilin tam şəkildə fərdiləşdirilməsinə şərait yaradır.

Bu yenilik xüsusilə kontent istehsalçıları, brendlər və sosial media hesablarını idarə edən şəxslər üçün profil görünüşünün daha planlı və məqsədli qurulmasına imkan verəcək.

Yeni funksiyadan istifadə qaydası:

Profil səhifəsində istənilən paylaşım seçilir

Açılan menyudan “paylaşım düzülüşünü dəyiş” seçimi seçilir

Paylaşım profil səhifəsində istənilən yerə sürüşdürülür

Dəyişikliklər yadda saxlanılır

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!