“İstanbulda koronavirus yoxdur” –   Əkrəm İmamoğlu

saytların hazırlanması

Evə çatdırılma

“İstanbulda koronavirus yoxdur” – Əkrəm İmamoğlu

Sağlamlıq

06 Mart 2020 16:41 534


Təkcə Türkiyənin deyil, həm də dünyanın ən böyük şəhərlərindən biri olan İstanbulda bu günə kimi koronavirusa yoluxan olmayıb.

Yenisabah.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanatla İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu çıxış edib.

İmamoğlu deyib ki, İstanbulda koronavirusa yoluxan olmasa da, bələdiyyə ehtiyat tədbirlərini əldən vermir: “Dezinfeksiya işiylə məşğul olan 40 avtobus təchiz olunaraq, tam hazır vəziyyətə gətirilib. Şəhərimizi və insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik”. Toyuqlu pizza

Əkrəm İmamoğlu jurnalistlərlə söhbət zamanı insanları koranavirus təhlükəsinə qarşı diqqətli olmağa çağırıb: “Dostlarınızla əllə görüşün, amma qucaqlaşmayın. Mən evdə övladlarımla da məsafə saxlayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!