İstanbulda minaya bənzər cisim zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda minaya bənzər cisim zərərsizləşdirildi

Hadisə

26 Mart 2022 15:22 343


İstanbul boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

Yenisabah.az NTV-yə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi üçün hərəkətə keçərək ərazidəki gəmilərin hərəkətini dayandırıb.

Ehtimala görə, İstanbul boğazında görünən cisim Ukraynanın liman girişlərinə qoyduğu minalardan biridir. Şübhəli cismi ilk olaraq balıqçılar görüb. Daha sonra Sahil Mühafizə Xidməti araşdırma başladıb. pizza sifarişi

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər cismin zərərsizləşdirildiyi barədə məlumat yayıb. 

Xatırladaq ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtınanın təsirindən İstanbula qədər gəlmə ehtimalının olduğu deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!