"Dünən İstanbulda Sabiha Gökçen hava limanında uçuş zolağından çıxan təyyarədə Azərbaycan vətəndaşı da olub".
"Yeni Sabah" bildirir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz bir millət, iki dövlətik. O insanımıza da lazımi diqqət göstəriləcək”, - deyə M. Çavuşoğlu vurğulayıb. Dördpendirli pizza
Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında göyərtəsində təyyarə uçuş zolağından çıxaraq, qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.
Telegram kanalımız