İstanbulda terror törətmək istəyən iki yeniyetmə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda terror törətmək istəyən iki yeniyetmə saxlanıldı

Hadisə

04 Oktyabr 2025 18:25 418


İstanbulda terror hazırlığı edən iki yeniyetmə saxlanılıb. Onlardan birinin Türkmənistan, digərinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Məlumata görə, saxlanılan D.R. və A.Y.G.-nin İŞİD-lə əlaqəli gizli yazışmaları aşkar edilib. Onların "yalnız qurd" taktikasına əsaslanan qanlı hücum planlaşdırdıqları üzə çıxıb. Şübhəlilərdən əldə edilən rəqəmsal materiallarda partlayıcı hazırlığı, silah təlimi, dron istifadəsi və təbliğat videoları aşkarlanıb. pizza sifarişi

D.R. haqqında "ev həbsi" qərarı çıxarılıb, A.Y.G. isə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

İstintaq materiallarında qeyd olunur ki, hər iki yeniyetmə keçmiş terror aktlarından ilhamlanaraq İstanbulda yeni hücuma hazırlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!