İstehlak krediti almaq istəyənlər üçün: şərtlər dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

İstehlak krediti almaq istəyənlər üçün: şərtlər dəyişdirilir

İqtisadiyyat

03 Noyabr 2019 07:52 1085


İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

Maliyyə Bazarlarına Nəzarət Palatası real sektora daha çox kredit cəlb edilməsini stimullaşdırmaq üçün yeni qaydaları təsdiq edib. 

“Yeni Sabah” xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da dəyişiklik edib. pizza hut

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!