İsti havalarda diqqət: İnfarkt riski artır

saytların hazırlanması

Evə çatdırılma

İsti havalarda diqqət: İnfarkt riski artır

Sağlamlıq

24 İyul 2022 14:14 5947


Kardioloqlar bildirirlər ki, uzun müddət isti havada qaldıqdan sonra birdən-birə kondisionerli məkana keçmək və ya soyuq duş almaq infarkta yol aça bilər.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, isti havada damarlar genişlənməyə başlayır.

Belə olduqda soyuq duş və ya kondisionerli mühit ürək damarlarının yığılmağına səbəb olur. Bu da infarkta yol aça bilər. İstilər artdıqca dəriyə gələn qan axını artır. Bunun nəticəsində həm beynimizə, həm bədənimizdə qan dövranı zəifləyir və ürəyin qidalanması azalır. Yay aylarında yağlı qidadan, qızartmalardan uzaq durmaq lazımdır. Tərəvəz, meyvə, suda bişmiş yeməklər və balığa üstünlük verilməlidir. Yemək porsiyaları balaca və araları qısa olmalı, gündə çəkidən asılı olaraq bol su içilməlidir. Banan, qayısı, yaşıl yarpaqlı məhsullar daha çox yeyilməlidir.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!