“İstilik olmadığı üçün 100 uşaq məktəbi tərk edib” iddiası doğrudurmu?

saytların hazırlanması

Evə çatdırılma

“İstilik olmadığı üçün 100 uşaq məktəbi tərk edib” iddiası doğrudurmu?

Sosial

30 Yanvar 2025 17:10 174


Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik olan təhsil müəssisəsinə aparmaları barədə iddialar yayılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə paylaşımlarında məktəbi 100-ə yaxın şagirdin tərk etdiyi bildirilib. 2 və 4 nömrəli məktəblərində təhsil alan şagirdlərin də digər məktəblərə aparıldığı iddia olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: Sezar pizza

"Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Valideynlərin odun sobası ilə qızdırılan məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edilən təhsil müəssisələri odun sobası ilə qızdırılmır. Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyinin istilik təminatı fərdi qazanxana, Kürdəmir şəhər S.Əliheydərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik təminatı isə kombi sistemi vasitəsilə normal qaydada həyata keçirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!