İstirahət günlərinə olan hava proqnozu

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərinə olan hava proqnozu

Sosial

05 Aprel 2019 22:17 691


İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək. Toyuqlu pizza

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 07-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 07-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 07-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!