İstisuda ferma yandı

saytların hazırlanması

Evə çatdırılma

İstisuda ferma yandı

Hadisə

14 İyul 2025 23:00 395


Lənkəranda iş adamına məxsus ferma yanıb.

Yenisabah.az xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. pizza mizza

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!