“İsveç verdiyi sözü yerinə yetirmədi” - Türkiyəli nazir

saytların hazırlanması

Evə çatdırılma

“İsveç verdiyi sözü yerinə yetirmədi” - Türkiyəli nazir

Siyasət

16 Yanvar 2023 17:33 800


Türkiyənin ədliyyə naziri Bekir Bozdağ İsveçdəki PKK aksiyasından söz açıb.

Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, nazir İsveçi verdiyi sözə əməl etməyə çağırıb.

“İsveç verdiyi sözü yerinə yetirmədi. Hadisələr İsveç polisinin gözləri önündə baş verdi. Polis isə buna icazə verdi və izlədi. İsveç bu addımı atan terrorçuları tutub dərhal məhkəməyə təslim etməlidir”, - Bozdağ söyləyib. Toyuqlu pizza

Qeyd edək ki, İsveçin paytaxtı Stokholm şəhərində keçirilən aksiya zamanı PKK tərəfdarları Ərdoğana qarşı təxribat törətmişdilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!