İsveçin Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson ölkə parlamenti tərəfindən yeni Baş nazir seçilib.
Yenisabah.az xəbər verir ki, Andersson ölkə tarixdə ilk qadın Baş nazir olub.
Qadın baş nazir seçildikdən yeddi saat sonra tutduğu vəzifədən azad edilməsi barədə parlamentin spikeri Andreas Norlenə müraciət edib. Sezar pizza
Səbəb kimi yeni hökumətin büdcə layihəsinin parlamentdə uğursuzluğa düçar olması və ardından Sosial Demokratlarla birgə hökuməti təşkil edən Ətraf Mühitin Mühafizəsi Partiyasının koalisiyasından çıxdığını elan etməsi göstərilib. Riksdaq səs çoxluğu ilə müxalifətin layihəsini dəstəkləyib.
Xahişi nəzərə alan spiker Baş nazirə yeni koalisiya hökuməti formalaşdırmaq göstərişini verib.
Telegram kanalımız