“Qarabağ"ın isveçrəli eks-futbolçusu İnnosent Emeqara keçmiş komandasına baş çəkib.
Yenisabah.az xəbər verir ki, o, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah İsveçrə "Sürix"inin qonağı olacaq Ağdam təmsilçisinin məskunlaşdığı otelə gedərək keçmiş komandası ilə görüşüb.
Bununla bağlı "Qarabağ"ın İnstaqram səhifəsi paylaşım edib. Toyuqlu pizza
Emeqara "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb və onunla söhbət edib.
İsveçrə millisinin sabiq üzvü 2014-2015 və 2018-2019-cu illərdə “Qarabağ”da çıxış edib.
Telegram kanalımız