“İt dişləyən yeri sabunla yuyun...” – Həkimlər ölən uşağa türkəçarə edib +   Video 

saytların hazırlanması

Evə çatdırılma

“İt dişləyən yeri sabunla yuyun...” – Həkimlər ölən uşağa türkəçarə edib + Video 

Sağlamlıq

28 Yanvar 2020 04:20 2198


Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış masssivində it dişləməsi nəticəsində 4 gün əvvəl dünyasını dəyişən 4-cü sinif şagirdi Ömər Poladovun valideynləri həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

Valideynlərin iddiasına görə, Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasının həkimləri burada uşağa bir iynə vurmaqla kifayətlənərək, daha sonra türkəçarə yolu ilə müalicə məsləhət görüblər. Valideynlər bildirirlər ki, sözügedən xəstəxanada bir iynə vurduqdan sonra məsləhət görülüb ki, it dişləyən yeri sabunla yusunlar.

Məsələ ilə bağlı sözügedən xəstəxananın qəbul şöbəsindən isə bildirdilər ki, valideynlərin ittihamı əsassızdır. Burada vurulan iynədən sonra valideynlərə növbəti müalicə üçün poliklinikaya getmələri bildirilib.

Valideynlər isə məsuliyyətsizlik edib getməyiblər. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqlamasında da 10 yaşlı uşağın ölümünə səbəb kimi valideyn məsuliyyətsizliyi göstərilir. Qeyd olunur ki, uşağın valideynlərinə dəfələrlə digər iynələrin vurulmalı olduğu izah edilib. Valideynlər isə iki dəfə yaşayış üzrə poliklinikada iynə vurdurmaqla kifayətləniblər. Marqarita pizza

Yeri gəlmişkən, 10 yaşlı Öməri it dişləyən ərazi isə sahibsiz itlərin məkanına çevrilib. İş o yerə çatıb ki, valideynlər uşaqlarını məktəbə belə göndərmək istəmirlər. Ərazidə yaşayanlar hadisədən sonra qorxu içində yaşayırlar. 

Baku.tv


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!