“İt günündə dolanıram“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“İt günündə dolanıram“ - Xalq artisti

Mədəniyyət

25 Dekabr 2020 15:20 9261


Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun vəziyyəti normallaşıb.

Yenisabah.az-a danışan Xalq artisti Heydər Əliyev Fondunun onun müalicəsinə maddi yardım etdiyini, səhhəttinin düzəldiyini deyib:

“Səhhətim normaldır, müalicəm davam edir. Artıq vəsaitim hesabına müalicə olunuram. Müəyyən bir mərhələyə kimi fond mənə kömək etdi, indi dayandırılıb. Yazda əməliyyat olunacağam. İndi hərdən ağrılarım olur, amma fonda zəng etməyə utanıram, yaxşı dostlar sağ olsun, köməklik edirlər”. pizza hut

Sənətçi karantin rejiminin sərtləşdirilməsi ilə maddi vəziyyətinin çətinləşdiyini bildirib:

“Karantinə görə hər şey dayanıb, gəlir yerimiz yoxdur. Biz də elə qazanc sahibi deyilik ki, əvvəllər yığdığımızı indi altdan-altdan xərcləyək. Bizimki gündəlik qazanc idi, o da artıq yoxdur. Şükür ki, etibarlı dostlarım var, biri bazarlığımı edir, biri dərmanlarımı alır. Bir sözlə, it günündə dolanıram. Baba Pünhanın bir şeiri var, deyir ki, “İtim gəl dur önümdə, gəl, başına dönüm də, Sən Pünhanın günündə, Pünhan da it günündə”. Bax, bu şeiri elə bil bizim üçün yazmışdı. Düzdür, sənətə, sənətkara həmişə  hörmət var. Buna görə də Prezident təqaüdü üçün müraciət edəcəyəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!