Slovakiyanın ev sahibliyində keçirilən kişilərin buz hokkeyi üzrə dünya çempionatında mübarizə davam edir.
"Yeni Sabah" xəbər verir ki, ötən gün qrup mərhələsinin beşinci turuna start verilib. A qrupunda Finlandiya Böyük Britaniyanı 5:0 məğlub edərək müvəqqəti liderliyə yüksəlib. Slovakiya isə Fransaya 3:6 qalib gəlib və xallarının sayını 6-ya çatdırıb. B qrupunda də iki görüş keçirilib. Norveç turnirdəki ilk qələbəsini qazanıb. "Vikinqlər" Avstriyadan üstün olub. 3:5. Çexiya isə autsayder İtaliyaya şans verməyib. 8:0.
Telegram kanalımız