İtaliya mafiyasına ağır zərbə: 80-ə yaxın adam saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İtaliya mafiyasına ağır zərbə: 80-ə yaxın adam saxlanıldı

Dünya

10 May 2022 15:28 289


İtaliya hüquq-mühafizə orqanları çərşənbə axşamı “Ndrangeta” mafiya qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 77 nəfəri saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “İl Fatto Quotidiano” qəzeti yazıb.

Məlumata görə, 43 şəxs paytaxt Romada, 34 nəfər isə Kalabriya vilayətində saxlanılıb. Qəzetin yazdığına görə, saxlanılanlar arasında kiçik Kozoleto yaşayış məntəqəsinin meri Antonino Coffre də var. İtaliya paytaxtında şübhəli bilinənlər müxtəlif sektorlardakı – balıqçılıq sənayesi, dəri istehsalı, həmçinin çörək və şirniyyat sexləri və s. bizneslərə nəzarəti ələ keçirməyə çalışan mafioz qruplarla əlaqədə ittiham olunurlar. pizza

İtaliyanın hüquq-mühafizə orqanları 10 ildən çoxdur ki, ənənəvi olaraq “cənublu” hesab edilən cinayətkar təşkilatın uzun müddətdir öz fəaliyyətini ölkənin şimal bölgələrində, eləcə də Avropa ölkələrində yaydığını müəyyən edib. “Ndrangeta” Cənubi Amerikadan Avropaya kokain tədarükü zəncirinə nəzarət edən ən güclü kölgə cinayətkar qrupu hesab olunur./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!