Adananın Ceyhan rayonunda sahibsiz itlərin hücumuna məruz qalan və qaçarkən yıxılaraq beyin qanaması keçirən şəxs müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı Oktay Tokmak sürü halında gəzən sahibsiz heyvanların hücumu zamanı özünü itirib və qaçmağa başlayıb. Nəticədə o, yerə yıxılıb, başı daşa dəyib və beyninə qan sızıb. Tokmak aparıldığı Adana Balcalı Xəstəxanasında bir həftədir mübarizə apardığı həyat savaşını uduzub.
Hadisədə itlərin hücumuna məruz qalan digər 2 nəfər müxtəlif yerlərdən dişlənmə nəticəsində ciddi yaralanıb. Toyuqlu pizza
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq bələdiyyələrə bu problemlə bağlı işləri sürətləndirmək göstərişi verdiyini bildirib.

Telegram kanalımız