Bakıda itkin düşən tələbə tapıldı -   Özü gizlənibmiş

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itkin düşən tələbə tapıldı - Özü gizlənibmiş

Hadisə

04 Fevral 2026 10:31 476


Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Yeni Sabah”a bildirilib ki, araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib.

Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub. Sezar pizza

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

Qeyd edək ki, Elnur Abidinov Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci kurs tələbəsidir. O, Bakıda yaşayan yaxınlarının yanına qonaq gəlib. Bir neçə gündür tələbədən xəbər tutmaq olmurdu. Ailə üzvləri onun tapılması üçün polisə müraciət etmişdilər.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!