İTV-nin əməkdaşları Bərdədə aptekdə girov saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin əməkdaşları Bərdədə aptekdə girov saxlanıldı

Rəsmi

08 İyun 2020 18:38 951


İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

Yenisabah.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə - 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb. Dördpendirli pizza

Araşdırma davam edir.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!