İvan Perişiç iddialı danışdı: “Azərbaycanı məğlub etməsək…”

saytların hazırlanması

Evə çatdırılma

İvan Perişiç iddialı danışdı: “Azərbaycanı məğlub etməsək…”

İdman

07 Sentyabr 2019 08:34 908


Xorvatiya millisinin futbolçusu İvan Perişiç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə məğlub etdikləri oyun (4:0) haqqında danışıb.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi oyunu bu cür şərh edib:

“Düşünürəm ki, kifayət qədər qol şansı yaratdıq. Bunlardan lazımınca da istifadə etdik. Hər halda nəticədən də bunu görmək mümkündür”. pizza hut

Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan təcrübəli futbolçu sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla oyundan da daışıb:

“Slovakiya ilə oyun əsas idi. Qələbə qazandıq. Lakin Azərbaycanı məğlub etməsək, bu qələbənin hansısa əhəmiyyəti qalmayacaq. Ona görə də maksimum xalı toplamalı və Azərbaycanla görüşdən qalib ayrılmalıyıq”.

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya görüşünə 20:00-da start veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!