Qarşıdan gələn parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının siyahısına ilk dəfə olaraq partiyanın təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili başçılıq edəcək.
Yenisabah.az “Exo Kavkaza”ya istinadla xəbər verir ki, 2012-ci ildə “Arzu” siyahısına Kaxa Kaladze (indiki Tbilisi meri), 2016-cı ildə keçmiş baş nazir Giorgi Kvirikaşvili, 2020-ci ildə keçmiş baş nazir Giorgi Qaxariya başçılıq edib.
“Gürcü arzusu”nun seçki siyahısında ilk iyirmiliyi ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb. Onun tərkibinə liderlər, hazırkı deputatlar, Olimpiya çempionları, habelə partiyanın yeni simaları daxildir. pizza mizza
Telegram kanalımız