İyulda koronavirusa yoluxmada təkrar artım müşahidə olunub -   Ramin Bayramlı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İyulda koronavirusa yoluxmada təkrar artım müşahidə olunub - Ramin Bayramlı açıqladı

Sağlamlıq

05 Avqust 2020 15:36 851


“Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Orta yaş isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, iyun-iyul aylarında xəstəlikdə, xüsusən də Bakı şəhərində təkrar artım müşahidə olunub.  Dördpendirli pizza

Onun sözlərinə görə, bu səbəblə koronavirusla mübarizəyə əlavə olaraq yeni xəstəxanalar cəlb edilib:

"Bu tibb müəssisələrinin sayını təxminən 46-ya çatdırdıq. Burada hər biri 200 çarpayılıq olmaqla 10 modul tipli xəstəxana var. Eyni zamanda, FHN-nin 800 carpayılıq modul tipli xəstəxanası fəaliyyət göstərir. Bu xəstəxananın əlavə 1200 yatağa çatdırılması gözlənilir. Acılan modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!