İzmirdə gəmi batdı: 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

İzmirdə gəmi batdı: 4 nəfər öldü

Rəsmi

02 Avqust 2020 23:37 1264


Türkiyədə İzmir şəhərinin Foça rayonunda kiçik gəmi batıb, nəticədə 4 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, İzmirin Sahil Mühafizəsi Komandanlığından bildirilib ki, ölənlərdən ikisi uşaq olub, 8-9 yaşlarında olan digər bir uşaq isə itkin düşüb.

Məlumatda qeyd olunub ki, hadisə gəminin Foçadakı limandan yüklənmiş dəmirlə Atatürk adası sahillərinə qayıtdığı zaman baş verib, gəmi güclü küləyin əsməsi nəticəsində batıb. Ətrafda olan digər qayıqdakılar müdaxilə etsə də, batanları xilas etmək mümkün olmayıb. Özəl şəxsə məxsus olan 5 metrəlik gəmidə xilasedici gödəkçələrin olmadığı iddia edilir. Marqarita pizza

Hadisədən sonra qaçan gəmi sahibinin axtarışına başlanılıb, faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!