Jerar Depardye ilk dəfə danışdı: “Qardaş müharibəsinin əleyhinəyəm“

saytların hazırlanması

Evə çatdırılma

Jerar Depardye ilk dəfə danışdı: “Qardaş müharibəsinin əleyhinəyəm“

Mədəniyyət

02 Mart 2022 15:04 853


2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Yenisabah.az xəbər verir ki, aktyor bu barədə “France-Presse” agentliyinə açıqlamasında bildirib.

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın" - deyə, Jerar bildirib. Toyuqlu pizza

Qeyd edək ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.\Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!