Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyənin NATO-dan ayrılacağını iddia edib.
“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, Jirinovski bu barədə ona Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məlumat verdiyini deyib:
"Türkiyə prezidenti Rəcəb (Tayyib) Ərdoğanla iki dəfə görüşmüşəm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu dedi. Onlar Avropa Birliyinə üzv olmaq istəyirlər. Ancaq tələbləri yerinə gətirsələr də, qəbul edilmirlər. Türkiyə NATO-ya qəbul edilən ilk ölkələrdəndir. Çünki ölkənin coğrafi mövqeyi Rusiyaya qarşı hərəkət etməyə münasibdir”.
Jirinovski gələcəkdə Rusiya -Türkiyə əlaqələrinin daha da güclənəcəyini qeyd edib.
Elnarə İlham
Telegram kanalımız