"Rusiyanın Kiyevə son hava hücumu beynəlxalq hüquqa açıq-aşkar etinasızlıqdır".
Yenisabah.az xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell yazıb.
O, BMT baş katibi Quterreş və Bolqarıstanın baş naziri Petkovun səfərləri zamanı Rusiyanın Ukrayna paytaxtına raket zərbəsini pisləyib. Dördpendirli pizza
“Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirməsindən şok və dəhşətə gəldim. Rusiya Bolqarıstan Baş naziri Kiril Petkovla yanaşı, BMT baş katibi Antonio Quterreşin də olduğu bir şəhəri bombalamaqla beynəlxalq qanunlara açıq-aşkar etinasızlığını bir daha nümayiş etdirib”.
Telegram kanalımız