Türkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib.
Yenisabah.az "DHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb.
Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib. Toyuqlu pizza
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 8 minə yaxın adam həlak olub, 34 810 nəfər isə yaralanıb.
Telegram kanalımız