Kadırovun 16 yaşlı oğlu iştirak etmədiyi yarışda mükafat aldı

saytların hazırlanması

Evə çatdırılma

Kadırovun 16 yaşlı oğlu iştirak etmədiyi yarışda mükafat aldı

Dünya

08 Fevral 2024 16:57 656


Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adəm Kadırov Dubayda BƏƏ-nin "SWAT Challenge" xüsusi təyinatlılarının yarışından sonra medal alıb.

Yenisabah.az "Kavkaz.Realii"yə istinadla xəbər verir ki, Dubay polisinin təşkil etdiyi yarışın dördüncü günündə ən yaxşı nəticəni Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə xüsusi alayının döyüşçülərindən ibarət “Axmat” komandası göstərib.

Adəm Kadırov müsabiqədə iştirak etməsə də, mükafatı almaq üçün səhnəyə ilk çıxan olub. pizza sifarişi

Çeçenistan rəhbərinin oğlu mükafatlandırma mərasimində atasının “təhlükəsizlik idarəsinin rəisi” kimi iştirak edib.

Adəm Kadırov bu vəzifəni ötən il noyabrın əvvəlində alıb və noyabrın sonunda o, həm də Rusiya Müdafiə Nazirliyinin tərkibində olan "Şeyx Mənsur" batalyonunun kuratoru təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!