Kadırovun 18 yaşlı oğlu nazirin 1-ci müavini təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Kadırovun 18 yaşlı oğlu nazirin 1-ci müavini təyin edildi

Maraqlı

13 Noyabr 2023 14:11 869


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib. 

"Mən Axmat Kadırovu Çeçenistan Respublikasının bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm! Əminəm ki, bu məsul vəzifəyə təyinat təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək., - Daudov Telegram kanalında yazıb.  pizza mizza

Əvvəllər Axmat Kadırov "Birincilərin Hərəkatı" Ümumrusiya ictimai-dövlət gənclər hərəkatının Çeçenistandakı bölməsinə rəhbərlik edirdi. Çeçenistan parlamentinin spikerinin sözlərinə görə, o bu vəzifədə “gəncləri hər cür dəstəkləyib”. 

"Əminəm ki, Axmat Kadırov ona tapşırılan vəzifələrin öhdəsindən yüksək səviyyədə gələcək. Bunun üçün o, lazımi biliyə, təcrübəyə və Axmat-Hacı Kadırovun yolunda işləmək arzusuna malikdir". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!