Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraş şəhərində 258 saat sonra dağıntılar altından Neslihan Kılıç adlı qadın sağ çıxarılıb.
Yenisabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, qadının sağ çıxarıldığı çökən binada 250 nəfər həlak olub.
Qadının sağ çıxarılmasından sonra mətbuata açıqlama verən onun yaxın qohumu artıq məzarı hazırladıqlarını bildirib: “Xilasedicilərdən nəşi parçalanmasın deyə axtarışı dayandırmaqlarını istəmişdik”. Marqarita pizza
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Telegram kanalımız