Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib.
O, 89 yaşında dünyasını dəyişib. pizza
Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub.
Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə bəraət alıb.
Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.
O, uzun müddət ADNA-da fəaliyyət göstərən və istilik energetikası üzrə bütün Qafqazı əhatə edən Dissertasiya Müdafiə Şurasının, Elm və Təhsil Nazirliyinin Elmi Metodik Şurası Energetika bölməsinin sədri olub.
Allah rəhmət eləsin!
Telegram kanalımız