Kameraları sındıran yeniyetmələrin valideynləri polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Kameraları sındıran yeniyetmələrin valideynləri polisə çağırıldı

Kriminal

29 May 2025 12:04 440


Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib. 

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb: Sezar pizza

"Əməli törədən dörd yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!