Kamran Ağayevdən skandal açıqlamalar... - Video

saytların hazırlanması

Evə çatdırılma

Kamran Ağayevdən skandal açıqlamalar... - Video

İdman

30 Aprel 2019 17:24 1015


“Hakimlər dediniz, bir mövzu yadıma düşdü. “Qəbələ” – “Neftçi” oyununda bizim peşəkar hakimlərimiz elə bir 11 metrə verdi ki, “Neftçi” 0:1-lə önə çıxdı və çempionluğunu rəsmiləşdiridi. Biz “Neftçi” ilə düşmən deyilik. Amma illər keçir, xatirələr yadda qalır, unutmaq olmur”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Keşlə”nin qapıçısı  Kamran Ağayev “Futbol saatı” verilişində qonaq olarkən deyib. O, bəzi məqamları üstüörtülü də olsa, vurğulayıb. “Neftçi”nin sabiq prezidenti Tahir Süleymanovun da verilişə zənglə qoşulması zamanı Kamran Ağayev bunları söyləyib:

“Siz “Neftçi” klubunda çalışanda qərəzli epiozdlar olub. Mən həmin meydançalarda olmuşam. Hətta Flavinyoya yaxınlaşmağa belə qorxmuşuq ki, birdən 5 oyunluq cəza alarıq.” Dördpendirli pizza

Qapıçı daha sonra isə hakimlərin peşəsinə zidd olan hərəkətlərdən də danışıb:

“Əfqan Həmzəyev “Neftçi”nin çempionluğunu alqışlayırsa, gəl bu söhbəti bağlayaq. Mən “Xəzər Lənkaranda” eləmədiyimin 2 qatını eləmişəm ki, çempionluğa yaxın durum. Niyə? Çünki biz 15 nəfərə qarşı oynayırdıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!