Orduda qeydə alınan cinayətlərin hamısının üstü açılıb

saytların hazırlanması

Evə çatdırılma

Orduda qeydə alınan cinayətlərin hamısının üstü açılıb

Siyasət

23 Yanvar 2026 16:31 618


Yanvarın 23-də Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

“Yeni Sabah”ın xəbərinə görə, hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd edib ki, tarixi Zəfərin şərtləndirdiyi ordu quruculuğunun yeni mərhələsində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də Azərbaycan Silahlı Qüvvələrində hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda dövlətimizin qüdrətinə, milli mənafelərimizə və Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəlmişdir.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınan cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.   Toyuqlu pizza

Müsbət hal qismində vurğulanıldı ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılmış, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılmışdır.  

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib. 

Bundan əlavə hesabat dövründə Azərbaycan Respublikası hərbi prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Çıxış zamanı həmçinin vurğulanıb ki, hesabat ilində eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində də fəaliyyət uğurla davam etdirilib. 

Daha sonra Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzu edib.

İclasdan sonra Baş prokuror Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılan “962 – Etimad xətti”nin fəaliyyəti ilə yerində tanış olub və bu sahədə çalışan əməkdaşlarla görüşüb.

Tanışlıq zamanı “962 – Etimad xətti”nin fəaliyyət mexanizmi, müraciətlərin qəbulu və operativ araşdırılması qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, bu xətt hərbi qulluqçuların və vətəndaşların müraciətlərinin vaxtında, obyektiv və şəffaf şəkildə araşdırılmasına xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!