Kanadada “Qarabağ” futbol klubu yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Kanadada “Qarabağ” futbol klubu yaradılır

İdman

15 Aprel 2019 18:55 1295


Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc "Qarabağ” adlı futbol klubu yaradıb.

“Yeni Sabah” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

"Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar. pizza hut

Kanadada yaradılan "Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər” – deyə məlumatda qeyd edilir.

"Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!