“Kanal-11” internet televiziyasının rəhbərinin cəzası azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

“Kanal-11” internet televiziyasının rəhbərinin cəzası azaldıldı

Kriminal

24 Dekabr 2025 13:58 389


"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Kassasiya şikayəti qismən təmin edilib. Onun cəzası 2 il azaldılıb. Dominos pizza

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.

Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!