“Kapital Gift” təqdim edildi

saytların hazırlanması

Evə çatdırılma

“Kapital Gift” təqdim edildi

Sosial

01 Aprel 2019 15:24 823


Kapital Bank müştərilər üçün yeni “Kapital Gift” adlı hədiyyə kartlarını təqdim edir. 

“Yeni Sabah” xəbər verir ki, adsız olan yeni kartları əldə edən müştərilər onu hədiyyə qismində yaxınlarına verə bilərlər. Kartlar vasitəsilə Kapital Bank-ın POS terminallarında əməliyyat etmək və ya Kapital Bank bankomatlarından vəsait nağdlaşdırmaq mümkündür.

İstifadə müddəti 1 il olan kartlar 50 AZN və 100 AZN dəyərində olmaqla, müvafiq olaraq 51 manat və 102 manat məbləğə təklif olunur. Bu kartları Kapital Bank-ın Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarında əldə etmək olar. Yaxın gələcəkdə bu kartlar bankın digər filiallarında da, əlavə olaraq 200 AZN və 500 AZN nominalında olanlarla birgə müştərilərə təklif olunacaq.  pizza

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!