Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı

Sosial

15 Avqust 2020 22:57 909


Bu ilin ilk yarısında Azərbaycanda 17 min 841 nikah qeydə alınıb.

Yenisabah.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si bu ilin ilk 3 ayında, 5 min 714-ü isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-iyun aylarında qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında nikahların sayı ötən ilin aprel-iyun aylarındakından 3 dəfə az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 16 min 200 nikah bağlanıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-iyun aylarında 3 min 284 boşanma qeydə alınıb. Nikahlardan fərqli olaraq boşanmalarda ciddi dəyişiklik baş verməyib. Karantin rejimindən əvvəlki ilk 3 ayda  3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında boşanmaların sayı ötən ilin aprel-iyun aylarındakından cəmi 23% az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 4 min 285 boşanma qeydə alınıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!