Karantin qaydaları yumşaldı, marketlərdə araq üstə dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydaları yumşaldı, marketlərdə araq üstə dava düşdü

Hadisə

05 May 2020 11:28 801


Hindistanın koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qadağaları yumşaltması nəticəsində insanlar küçələrə axın edib. 

Yenisabah.az xəbər verir ki, minlərlə insan alkoqol satan satıcıların qarşısında uzun növbə yaradıb və heç kim sosial məsafə qaydasına məhəl qoymayıb. 40 gündür alkoqol ala bilməyən hindlilər arasında tez-tez dava düşüb. Nəticədə dəyənək və çubuqla mübahisələri sonlandırmağa çalışan təhlükəsizlik qüvvələri çoxlu sayda insanı nəzarətə götürüb. 

Qeyd edək ki, dünyada əhalisinin sayına görə ikinci yerdə dayanan Hindistanda digər ölkələrlə müqayisədə infeksiya daşıyıcılarının sayı çox deyildi və bu sərt tədbirlərin görülməsi ilə əlaqələndirilirdi. Hindistan rəsmilərinin sözlərinə görə, bugünədək virus səbəbilə 1566 nəfər ölüb, 46 min 437 nəfər isə virusa yoluxub.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!