“Karantinin müddəti daha uzun ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Karantinin müddəti daha uzun ola bilər”

Sosial

08 Avqust 2020 11:22 574


“Azərbaycanda karantin rejiminin yumşaldılması digər ölkələrin təcrübəsinə uyğun həyata keçirilir”.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, açılma nəticəsində virusa yoluxma riski artır: pizza hut

"Bu bütün ölkələrdə narahatlıq doğurur. Bütün bunları nəzərə alaraq Azərbaycanda addım-addım yumşalmalara gedəcəyik. Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısını almaqdır. Bunun üçün 3 əsas istiqamət var.1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub". 

Ş. Mövsümov qeyd edib ki, qaydalara riayət olunmasa karantin rejiminin müddəti daha uzun ola bilər:

"Heç bir ölkədə virus bitməyib, karantin hər yerdə davam edir. Bu gün əziyyətlə əldə etdiyimiz nailiyyətləri itirməməliyik". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!