Karantinlə bağlı qadağaların biri başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Karantinlə bağlı qadağaların biri başa çatdı

Sosial

03 Avqust 2020 07:22 2225


1 avqust saat 00:00-dan xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilmiş ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!