Sosial şəbəkə üzərindən yayımlanan bir proqramın qonağı olan Karolin Fişekçi Türkiyənin məşhur yazıçısı Orhan Pamukla keçmiş münasibətindən danışıb.
Yenisabah.az xəbər verir ki, Pamukla birlikdə olarkən yazçının həyatında başqa bir qadının da olduğunu söyləyən Fişekçi çıxışında, "4-cü mərtəbədə mənimlə əylənirdi, 7-ci mərtəbədə onunla qalırdı", - sözlərinə yer verib. O, Pamukla bir sərginin açılışında tanış olduqlarını, əvvəl “mail”ləşdiklərini, daha sonra isə Pamukun onu emalatxanasına dəvət etdiyini deyib:
“Cihangirdə bir binanın 4-cü və 7-ci mərtəbələrində emalatxanası vardı. Hindistanlı qadın gələndə 7-ci mərtəbədə qalırdı. Həmin vaxt mən onunla 4-cü mərtəbədə görüşürdüm. Mənimlə kef edib, onunla tədbirlərə qatılırdı. Həmin ərəfələrdə Orhan Pamukun bir qadından 5 yaşında övladı olduğu iddiaları səslənmişdi. Elə həmin məlumatı da Pamukun mənlə münasibətini öyrənən o hindli qadın mətbuata sızdırıb”. pizza hut
Xatırladaq ki, Karolin Fişekçinin adı ilk dəfə 2011-ci ilin dekabrında Orhan Pamukla çiyin-çiyinə çəkilmiş fotosu üzə çıxdıqdan sonra eşidilib.
Telegram kanalımız