“Karvan”da malları yanan sahibkarlar prezidentə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Karvan”da malları yanan sahibkarlar prezidentə müraciət etdi

Sosial

31 Mart 2019 00:28 2486


Bir neçə il əvvəl Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğın zamanı zərərçəkən II qrup əlil Füzuli Quliyev ölkə prezidentinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində bildirib ki, bu barədə 6 il ərzində müraciət etmədiyi qurum,məsul şəxs  qalmasa da, problem öz həllini tapmır. O, yazır: “2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zamanı bizə-Sumqayıt sakinlərinə- Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min(ümumilikdə 225 min manat) zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcən də min bir bəhanə  ödəmək istəmir”.

Prezidentə üz tutan sahibkar bildirib ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da səyyar görüşdə  söz verdi ki, ziyanz ödəniləcək, amma sonradan deyib ki, heç nə edə bilməz, problemi həll etməyə gücü çatmır: “Mallarımız yananacan biz ticarətlə məşğul olub dolanışığımız təmin edirdik. Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib, banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik.   pizza

Sizin martın 26-da Bakının Nizami rayonu  ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız çox humanist addımdır. Bu qərarınızla  siz sübut etdiniz ki, dövlət bütün hallarda vətəndaşın yanındadır, prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız, laqeyd qalmırsınız. Amma nə səbəbdənsə illərdir etdiyimiz minlərlə müraciətlərə indiyəcən müsbət reaksiya verilməyib.

Biz də istərdik ki, siz “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi bizim ailələri də sevindirəsiz və bizə dəyən ziyanın  ödənilməsi  üçün tədbir görülməsinə göstəriş verəsiniz! Bizə dəyən  ziyan özü də rəsmən məhkəmə tərəfindən tanınıb və  ziyanın miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq dəqiq müəyyən edilib, ziyanın kimin ödəməli olması da məlumdur - bu “Karvan” ticarət mərkəzinin rəhbərliyidir. Hansı ki, bizim malların təhlükəsizliyinə cavabdeh idi. Bununla bağlı o zaman cinayət işi də açılmışdı. Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki, hüquqlarımız təmin olunsun, bizə dəyən ziyan ödənilsin! Maddi, mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaş kimi sizdən bu məsələni öz nəzarətinizə götürmətinizi xahiş edirik!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!