“Kasıb divara mıx vuranda başının üstünü kəsdirirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Kasıb divara mıx vuranda başının üstünü kəsdirirlər”

Sosial

29 Mart 2019 13:28 979


“Atamgil Xırdalanda həyət evində yaşayır. Həm evin, həm də evin yerləşdiyi torpaq sahəsinin "kupçası" var. Bu o deməkdir ki, özəl mülkiyyətdir və nəzəri olaraq ora kimsə mülkiyyət sahibinin icazəsi olmadan müdaxilə edə bilməz”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev yazıb. O, bildirib ki, atası əlavə bir otaq tikməyə qərar verib. Otağın hörgü işi başa çatan zaman sanki vahid mərkəzdən göstəriş verilmiş kimi dövlət qurumları həyətə tökülüşüblər: “Əvvəl polislər gəldi, ardınca icra hakimiyyətindən təşrif buyurdular. Daha sonra JEK işçiləri özünü çatdırdı. Bu azmış kimi bələdiyyə də dövlət qurumlarına dəstəkçi olmağa başladı. Daha sonra icra hakimiyyəti yenidən baş çəkdi. Bütün bunlar 1-2 gün ərzində baş verib. Təəssüf ki, özüm hadisə barədə çox gec xəbər tutdum. Ən azı gələnlərə onların səlahiyyətlərinin nədən ibarət olduğunu xatırladardım”.

S. Əliyev bildirib ki, yanan ticarət mərkəzi ilə bağlı müvafiq dövlət qurumları dəfələrlə xəbərdarlıq etdiklərini bildiriblər: “Vaxtilə Naxçıvani küçəsində yaşayış binası uçanda da dövlət qurumları icazə vermədiklərini bildirərək yaxalarını kənara çəkmişdilər. Kasıb divara bir mıx vuranda başının üstünü həmən kəsdirirlər. Məmura bağlı şirkətlər isə qala tiksə də, onu görməməzliyə vururlar”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!