Portuqaliyanın "Portu" futbol klubunun qapıçısı, məşhur futbolçu İker Kasilyas xəstəxanaya yerləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, idmançı infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun sağlamlığı üçün təhlükə olmadığı bildirilir. Lakin bununla belə futbolçunun hazırkı mövsümdə artıq yarışlara çıxmayacağı da qeyd edilib.
Hətta sosial şəbəkələrdə onun artıq vəfat etməsi haqda xəbər yayılsa da, sonadan təkzib olunub. Qeyd edək ki, martda məşhur futbolçunun "Portu" klubu ilə müqaviləsi daha 1 il müddətinə uzadılıb. pizza hut
Telegram kanalımız