İspaniya millisinin sabiq futbolçusu İker Kasilyasın arvadı Sara Karboneroda xərçəng xəstəliyi aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Karbonero "İnstagram" hesabında məlumat verib.
"Bir neçə gün əvvəl müayinə zamanı məndə bədxassəli şiş aşkarladılar. Xoşbəxtlikdən xəstəlik vaxtında bəlli oldu. Amma hələ bir neçə ay mübarizə aparmalıyam və müalicə edilməliyəm. Əminəm ki, hər şey yaxşı olacaq. Ailəm və dostlarım məni dəstəkləyir" - deyə o, qeyd edib. Toyuqlu pizza
Qeyd edək ki, mayın əvvəlində Kasilyasın özü məşq zamanı infarkt keçirmişdi. O, buna görə mövsümün sonunda karyerasını başa vuracaq.
Telegram kanalımız