“Kazbekə şey basım fırranım”la bağlı prokuror və nazirə müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

“Kazbekə şey basım fırranım”la bağlı prokuror və nazirə müraciət edildi

Kriminal

31 Mart 2019 18:02 7101


Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, deputat bu videonu çəkənləri, narkomaniyanı təbliğ edən belə bir meyxananı səsləndirənləri və sosial şəbəkədə yayılmış videoda atılıb-düşən narkoman fahişələri məsuliyyətə cəlb etmək barədə təcili tədbir görülməsini tələb edib: “Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. 

Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək... Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı. Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!